• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA-dan sərt cəzalar

AFFA-dan sərt cəzalar
06.10.2015 14:21
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 7-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının VII turunun AZAL – "Rəvan” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Rəvan” klubunun baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun "Zirə” – "Neftçi” matçının 47-ci dəqiqəsində "Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun "Qəbələ” – "Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün "Xəzər Lənkəran” 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VII turunun "Kəpəz” – "Sumqayıt” matçının 76-cı dəqiqəsində "Sumqayıt” klubunun futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.    

Azərbaycan Premyer Liqasının VII turunun "İnter” – "Qarabağ” matçında "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində "İnter” klubunun futbolçusu Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "İnter” klubunun futbolçusu Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "İnter” klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol