• $
  • €
  • ₽
  • ₺
  • £

Millimizin oyununda erməni şərhçi

Millimizin oyununda erməni şərhçi
07.10.2015 16:23
Oktyabrın 10-da "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - İtaliya matçını Rusiyanın "NTV Plyus" telekanalı da canlı yayımlanacaq.

Qol.Az-ın "Sportbox.az"a istinadən verdiyi məlumata görə, artıq görüşün şərhçisi də müəyyənləşib.

Azərbaycan - İtaliya matçı "NTV Futbol 2"də İtaliya çempionatının oyunlarını şərh edən erməni Nobel Arustamyana həvalə olunub.

Maraqlıdır ki, sözügedən Rusiya telekanalında həmyerlimiz Elvin Kərimov çalışsa da, İtaliya yığması ilə oyunu şərh etmək erməni Arustamyana tapşırılıb.

Əlavə edək ki, E.Kərimov Azərbaycan komandalarının iştirakı ilə keçirilən oyunları şərh edir. Xüxusilə də, klublarımızın Avropa Liqasındakı oyunları Kərimova həvalə edilir.

Qeyd edək ki, Kərimovun "NTV Plyus"da Arustamyanla birgə şərhçiliyi də olub. Bu, Çempionlar Liqasında "Yuventus" və "Qalatasaray" arasında keçirilən oyuna təsadüf edib. Həmin görüşdə Arustamyan "Yuventus"a, Kərimov isə "Qalatasaray"a azarkeşlik edib. Matç 2:2 hesabı ilə başa çatıb.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol