Messi qoltuqağacı ilə gəzir

"Barselona"nın futbolçusu Lionel Messinin son durumu hər kəsi təəccüblənirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, həyat yoldaşı Antonella Rakkuzu ilə birgə oğlu Tiaqonu məktəbə aparan argentinalı hücumçu sol ayağındakı zədə səbəbindən qoltuqağacı ilə gəzib. Buna baxmayaraq, Messinin əhval-ruhiyyəsinin yüksək olduğu diqqətdən yayınmayıb.
Qeyd edək ki, zədəsi səbəbindən L.Messinin noyabrın 21-i La Liqada "Real"a qarşı matçda iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib. Ancaq klubun həkimləri həmin oyuna kimi L.Messinin tam sağalacağını təxmin edirlər.
Xatırladaq ki, Messi La Liqanın 6-cı turunda "Las Palmas"a qarşı görüşdə zədələnib. Kataloniya klubunun saytı argentinalı hücumçunu 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























