• $
  • €
  • ₽
  • ₺
  • £

Mişel Platini: “Məni heç nə dayandıra bilməz”

Mişel Platini: “Məni heç nə dayandıra bilməz”
08.10.2015 18:41
"İnformasiyanın mənbəyi kimi FİFA göstərilir. Buna görə də, məsələ daha da ciddiləşir. Halbuki, Etika Komitəsi qərarını hələ rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, məlumatı sızdırıblar”.
 
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Mişel Platini deyib.

Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti M. Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb. Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.

Bununla bağlı fikirlərini bölüşən Platini bildirib ki, yayılan informasiya onun reputasiyasını ləkələmək üçün atılmış addımdı. O, həqiqəti üzə çıxarmaq üçün sona qədər mübarizə aparacağını qeyd edib: "İnformasiyanın sızdırılması mənim imicimi ləkələmək üçün atılmış təhlükəli və qəbulolunmaz addımdı. Əgər yayılan xəbərlər düzdüsə, əsl həqiqəti aşkara çıxarmaq üçün məni heç nə dayandıra bilməz. Eyni zamanda, FİFA-nın Etika Komitəsinin bu araşdırmanı hansı səbəbdən apardığı açıqlanmalıdı”.

Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb. Bundan əlavə, FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol