• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 4 yığma "Avro-2016"nın final mərhələsində

Daha 4 yığma "Avro-2016"nın final mərhələsində
12.10.2015 09:00
Oktyabrın 11-də "Avro-2016”nın seçmə mərhələsində sonuncu turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, D, F və İ qruplarında seçmə mərhələnin oyunlarına yekun vurulub.

D qrupunun lideri Almaniya öz meydanında Gürcüstanı qəbul edib. Kaxaber Sxadadzenin komandası üzərində 2:1 qələbə qazanan Almaniya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Cəbəllütariq öz meydanında Şotlaniyanı sınağa çəkib. Rəqibinə 6 cavabsız qolla qalib gələn Şotlandiya seçmə mərhələni 4-cü pillədə başa vurub. "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazanacaq ikinci komandanın kimliyinə Polşa - İrlandiya matçında aydınlıq gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Polşa Almaniyanın ardından "Avro-2016"nın final mərhələsində oynamaq qazanıb.

F qrupunun lideri Şimali İrlandiya səfərdə Finlandiya ilə qarşılaşıb və bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Farer adaları Rumıniyanı, Yunanıstan isə Macarsıtanı qəbul edib. Bu qrupda isə sonuncu birbaşa vəsiqə uğrunda mübarizə Rumıniya və Macarıstan arasında gedirdi. Rumıniya Farer adalarına 3:0 hesabı ilə qalib gələrək "Avro-2016"ya ikinci birbaşa vəsiqənin sahibi olub. Yunanlar Macarıstana 4:3 hesabı ilə qalib ggəlsə də, turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilməyiblər.

İ qrupunda iki oyun keçirilib. Serbiya öz meydanında qrup lideri Portuqaliyanı qəbul edib. Rəqibinə 1:2 hesabı ilə uduzan serblər seçmə mərhələni 4-cü pillədə başa vurub. Digər görüşdə Albaniya Ermənistanın qonağı olub. Albaniya İrəvanda 3:0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhəlsində oynamaq hüququ qazanıb.
 
Qeyd edək ki, bu gün baş tutan oyunlardan sonra D qrupunda Almaniya və Polşa, F qrupunda Rumıniya və İ qrupunda Albaniya birbaşa "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib. Qruplarında üçüncü pilləni tutan İrlandiya və Macarıstan isə bu hüquqa yiyələnmək üçün pley-off oyunlarına qalıb. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol