• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: "Aqolli üçün verilən mükafatı böləcəyik"

Qurban Qurbanov: "Aqolli üçün verilən mükafatı böləcəyik"
12.10.2015 20:35
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun futbolçusu Ansi Aqollinin Albaniya milli komandasının heyətində AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.
 
43 yaşlı mütəxəssis "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasında çıxış edən legionerin ilk dəfə qitə çempionatında iştirak hüququna yiyələnməsini sevindirici hal kimi dəyərləndirib.

O, 33 yaşlı müdafiəçinin buna layiq olduğunu söyləyib: "Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayır. Xüsusilə Albaniya millisinin Ermənistandakı böyük hesablı qələbəsindən sonra bu bizim üçün daha maraqlı oldu. Ona görə də Aqollini təbrik edirəm. Şadam ki, o, belə bir turnirdə iştirak edəcək".

A.Aqolli ilə "Qarabağ" arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Daha sonra AVRO-2016-ya start veriləcək. Bu baxımdan təcrübəli müdafiəçi ilə anlaşmanın uzadılması və futbolçunun final mərhələsində məhz "Qarabağ"ın üzvü kimi iştirakı böyük önəm kəsb edir. Q.Qurbanov isə yeni müqaviləni imzalamağa hələ vaxtlarının olduğunu, bu barədə düşünəcəklərini söyləyib: "Biz futbolçu ilə hər hansı turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Aqolli ilə hazırkı anlaşmanın bitməyinə hələ çox var. Düşünürəm ki, o, bir neçə il də yaxşı futbol oynamaq iqtidarındadır. Buna xarakteri də çatır. Hələ mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik".

A.Aqolli Albaniya millisinin heyətində Ermənistan yığması ilə martın 29-da keçirilmiş ilk seçmə matçdakı 2:1 hesablı qələbədən sonra "Qarabağ" rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən gün İrəvanda da 3:0 hesablı qələbə qeydə alınıb. Amma sol cinah müdafiəçisi cəzalı olduğu üçün oynamayıb. Digər tərəfdən, futbolçusu millinin heyətində final mərhələlərində çıxış edən kluba da UEFA və FİFA tərəfindən mükafat verilir. Bu məqamlarla bağlı suala Q.Qurbanov zarafatyana cavab verib: "Bir şey fikirləşərik. Deyirsiniz UEFA-nın ayıracağı mükafatdan da Aqolliyə ayıraq? O, son qarşılaşmada oynamayıb. Mükafatı yarıbayarı bölərik".

Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Ansi Aqollinin komandası İ qrupunda 2-ci yerin sahibi kimi bu hüquqa yiyələnib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol