• $
  • €
  • ₽
  • ₺
  • £

Millimiz son oyununu keçirəcək

Millimiz son oyununu keçirəcək
13.10.2015 10:18
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsində son oyununu keçirəcək.

 "Report"un məlumatına görə, rəqib Bolqarıstan yığması olacaq.

Sofiyanın "Vasil Levski" stadionunda oynanılacaq qarşılaşmanı macarıstanlı Tamaş Baqnarın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 

H qrupunda qərarlaşan hər iki komanda AVRO-2016-nın final mərhələsinə vəsiqə şansını itirib. Hazırda Bolqarıstan 8 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədədir. Yalnız qələbə təqdirində qonaqlar 4-cü pilləyə yüksələ bilərlər. 

Həm meydan sahibləri, həm də qonaqlar tsiklin gedişində baş məşqçi dəyişikliyinə əl atıblar. Hazırda komandalara müvafiq olaraq, İvaylo Petevlə Robert Prosineçki rəhbərlik edir. Azərbaycan millisi 6 xalı məhz Prosineçkinin rəhbərliyi altında yığıb. Seçmə tsikli 4-cü pillədə başa vurmaqdan ötrü xorvatiyalı mütəxəssisin komandası mütləq qalib gəlməlidir.
Bu oyunda mərkəz müdafiəçisi Bədavi Hüseynov iştirak etməyəcək. O, ötən tur İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıb. Ümumilikdə start heyətdə 3 dəyişiklik edilib. Hüseynovu Ruslan Abışov, sol cinah müdafiəçisi Arif Daşdəmirovu Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçi Eddi İsrafilovu isə 18 yaşlı Elnur Cəfərov əvəzləyib. İtaliya ilə qarşılaşmadan fərqli olaraq, Prosineçki hücumameylli oyunçulara yer verib. Sadalanan 3 futbolçudan əlavə, Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov və Ruslan Qurbanov ilk "11-lik"də olacaq.
Bolqarıstan millisi isə daha çox gənclərdən ibarət heyətlə oynayacaq. Bunu Petev də oyunöncəsi mətbuat konfransında təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2016-nın seçmə tsiklinə də Bolqarıstana qarşı matçla başlayıb. 2014-cü il sentyabrın 9-da Bakıda baş tutmuş qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.

AVRO-2016
Seçmə mərhələ
H qrupu

23:45. Bolqarıstan - Azərbaycan
Baş hakim: Tamaş Boqnar
Yan xətt hakimləri: Peter Berettyan, Qabor Erös
Dördüncü hakim: Teodoros Georgiu
Əlavə köməkçi hakimlər: İştvan Vad, Solt Sabo (hamısı Macarıstan)
Sofiya, "Vasil Levski" stadionu. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol