• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə üçün əla şans: “Avro-2016”ya birbaşa necə gedə bilər?

Türkiyə üçün əla şans: “Avro-2016”ya birbaşa necə gedə bilər?
13.10.2015 13:35
Türkiyə millisi bu gün "Avro-2016”nın final mərhələsinə birbaşa vəsiqə əldə edə bilər.

Qol.Az-ın xəbərinə görə, Fatih Terimin komandasının ən yaxşı qrup üçüncüsü olaraq Fransaya getmək imkanı yaranıb.

Bunun üçün hazırda ehtiyatında 15 xalı olan Türkiyə millisinin bu gün öz meydanında qrupunun lideri İslandiyanı məğlub edib xalını 18-ə yüksəltməsi vacibdir. Amma bununla da iş bitmir. Goal.com saytı yazır ki, qardaş ölkə komandasının "Avro-2016”ya birbaşa qatılması üçün hazırda onunla eyni qrupda yarışan və sonuncu yeri tutan Qazaxıstanın bu gün səfərdə Latviyaya qalib gəlməsi vacibdir.

Qaydalara əsasən, ən yaxşı qrup üçüncüsü kimi "Avro-2016”ya yeganə vəsiqə qrup üçüncüləri arasınsa ən çox xal toplayan komandalara verilir. Bu zaman üçüncü yeri tutan millinin qrup sonuncu olan komandayla oyunlarındakı nəticə nəzərə alınmır. Türkiyə millisi indiki halda öz qrupunda sonuncu olan Qazaxıstandan 6 xal alıb. Amma əgər qazaxlar Latviyaya səfərdə qalib gələrsə, o zaman sonuncu yeri tərk edib beşinci pilləyə yüksələcəklər. Bu zaman qazaxlar üzərində qazanılmış 6 xal hesaba alınacaq və Türkiyənin qrup üçüncüləri arasında xalı 16-ya yüksələcək. Amma qeyd etdiyimiz kimi, bu zaman Türkiyənin İslandiyaya qalib gəlməsi də vacibdir.

Qeyd edək ki, Türkiyə üçün belə bir imkan ən yaxşı qrup üçüncülüyü uğrunda yarışan və dünənə qədər buna daha çox şansı olan Ukrayna millisinin yer aldığı qrupdakı son turun oyunlarından sonra yaranıb. Ukrayna öz meydanında İspaniyaya uduzaraq qrupu 19 xalla üçüncü yerdə tamamlayıb. Onlar 19 xalın 6-sını sonuncu yeri tutan Makedoniya ilə matçlarda qazanıb. Beləliklə, qrup üçüncüləri arasında Ukraynanın xalının 13-ə endiyini görürük.

Deməli, Türkiyə  İslandiyanı məğlub etməklə yanaşı, qazaxların Latviyaya səfərdə qalib gəlməsini gözləməlidir. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol