• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu barədə fikirləşmək istəmirəm” – Prosineçki

“Bu barədə fikirləşmək istəmirəm” – Prosineçki
13.10.2015 18:14
Sabah milli komandamız "Avro-2016”nın seçmə mərhələsində səfərdə Bolqarıstanla qarşılaşacaq.

Qol.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün oyunöncəsi  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

"Oyuna ciddi hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqibin sürətli hücumçuları var. Bilirik ki, bizə çox çətin olacaq. Ancaq oyuna hazırıq”.

- Adətən oyundan öncə start heyəti açıqlayırsınız.

- Üç mövqedə dəyişiklik edəcəyik. Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov, Qara  Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov,  Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanova start heyətdə şans verəcəm. 

- Bolqarıstanlı azarkeşlər sabahkı oyuna az maraq göstərir. Bu, Azərbaycan millisinin səfərdən xalla dönməsinə nə dərəcədə kömək edəcək?

- Biz futbolu azarkeşlər üçün oynayırıq. Əgər bilet az satılıbsa, buna təəssüf edirik. 

- Xorvatiya ilə oyundan sonra rəqib komandanın baş məşqçisi istefaya göndərildi. Sabahkı oyunla da digər həmkarınızı yola sala bilərsiniz?

- Bu barədə fikirləşmək istəmirəm. Mən hər bir oyunu udmaq istəyirəm. Amma kimin istefa verəcəyini fikirləşmirəm. Ümid edirəm ki, nəticədən asılı olmayaraq Petev işinə davam edəcək. Çünki o Bolqarıstan millisinə yeni təyin olunub.  Biz isə qələbə qazanmaq istəyirik. 


- Rahid Əmirquliyevin xeyli zəifləmiş "Xəzər Lənkəran”da oynaması onun milli karyerasına necə təsir edəcək?

- Rahidlə bu barədə bir neçə dəfə söhbət etmişəm. Mən milli komandamın məşqçisiyəm. Mənim üçün Rahidin harda oynamasının fərqi yoxdur. Nə qədər ki, Azərbaycan millisini çalışdırıram, Rahid yığmada oynayacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol