• $
  • €
  • ₽
  • ₺
  • £

“Axmaq addımlar atmaq lazım deyil” - Fatih Terim

“Axmaq addımlar atmaq lazım deyil” - Fatih Terim
13.10.2015 18:55
Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyununa çıxacaq Türkiyə millisi pley-off-a qatılmaq şanslarını saxlayır.

"Qafqazinfo” xəbər verir ki, qrup lideri İslandiya millisi ilə üz-üzə gələcək qardaş ölkə yığması rəqibini məğlub etməlidir. Hətta Türkiyə yığması qələbə qazanıb Qazaxıstanın Latviyanı məğlub edəcəyini gözləyib ən yaxşı 3-cü yer sahibi kimi qitə birinciliyinə birbaşa vəsiqə də əldə edə bilər. Bu gün baş tutacaq oyundan öncə komandanın baş məşqçisi Fatih Terim jurnalistlər önünə çıxıb: "İslandiya millisini təbrik edirəm. Biz də AÇ-nin final mərhələsinə qatılmaq istəyirik. Fərqi yoxdur ki, ora necə vəsiqə qazanacağıq. Əsas olan bunu bacarmaqdır. Düzünü desək, çox çətin durumdur. Biz hamımız milli komandanın bir parçasıyıq. Allah bizə kömək etsin. Ölkədə baş verən son hadisələr də bizə çox pis təsir edib. Futbolçular da bu vəziyyətdən sarsılıblar. Hər kəs əlindən gələni etməlidir. Kimin tankı, topu varsa, ortaya qoymalıdır. İndi isə futboldan danışaq. Biz Hollandiyanı qabaqlamaqla böyük iş gördük. Bunun davamını gətirməliyik”.

Təcrübəli mütəxəssis komandanın oyun fəlsəfəsində dəyişiklik olduğunu qeyd edib: "Bizim komandanın oyununda müəyyən dəyişiklik var. Statistika futbolda önəmli deyil. Komandanın nə istədiyi birinci planda olmalıdır. Yeni söz-söhbətlərdən sıxıldım. Nəyisə dəyişmək üçün nəsə axmaq addımlar atmaq lazım deyil. Biz fədakarlıq etməliyik”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol