• $
  • €
  • ₽
  • ₺
  • £

“Bilmirəm, bizə nə olmuşdu” – Rahid Əmirquliyev

“Bilmirəm, bizə nə olmuşdu” – Rahid Əmirquliyev
14.10.2015 20:37
Milli komandamızın üzvü Rahid Əmirquliyev "Avro-2016”nın seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən (0:2) sonra Qol.Az-ın Sofiyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb

- Millimiz Bolqarıstana tam fərqli istəklə gəlmişdi. Komandamızdan ən azı yaxşı oyun gözləyirdik. Ancaq bunu da görmədik. Səbəb nədir?

- Biz də seçmə mərhələsinin son oyununda qələbə qazanmaq istəyirdik. Səfərdə oynamağımıza baxamayaraq yalnız üç xal haqda düşünürdük. Bizim üçün çox ağır oyun oldu. Demək olar ki, Prosineçkinin gəlişindən sonra ən zəif oyunumuzu oynadıq. Bilmirəm, bizə nə olmuşdu. Heç nə alınmırdı. Nə hücum edə, nə də top saxlaya bilirdik. 

- Oyundan sonra baş məşqçi hansı səhvlərinizin olduğunu dedi?

- Matçdan dərhal  sonra oyunu analiz edə bilmirik. Bircə onu deyə bilərəm ki, çox zəif oynadıq. 

- Sanki komandamızda istək yox idi. Rəqib daha istəkli görünürdü.

- Düzdür, rəqib öz meydanında oynayırdı. Onlar da seçmə mərhələni qələbə ilə başa vurmaq istəyirdi. Ancaq inanmıram ki, komandamız meydana istəksiz çıxmışdı. Sədəcə, bizdə heçnə alınmadı. Nə qədər çalışsaq da, oyunun gedişini dəyişə bilmədik. Özümüzə bənzəmirdik.

- İstək vardısa, onda komandamızın bacardığı bu qədərdir?

- Yox, sizinlə razı deyiləm. Bundan yaxşı oynamağa qadirik. Elə bu seçmə mərhələdəki oyunlarımıza diqqət yetirsək, görərik ki, biz bu cür oyuna layiq deyilik. Sanki bizi günümüz deyildi. Futbolçularımızın heç birinin oyunu alınmadı. İtaliya ilə ağır matçın yorğunluğu da buna səbəb ola bilər. Həmin görüşdə çox qüvvə itirdik.   

- Ümumiyyətlə, millimiz seçmə mərhələni yaxşı nəticə ilə başa vurmadı, 6 xal və qrupda beşinci yer...

- Bildiyiniz kimi, seçmə mərhələyə pis başlamışdıq. Ardıcıl dörd oyunda məğlub olmaq komandada böyük ruh düşkünlüyü yaratmışdı. Baş məşqçi dəyişikliyindən sonra isə komandamızda özünəinam yarandı. Düzdür, qrupda beşinci olmaq, altı xal toplamaq çox zəif göstəricidir, ancaq oyunumuzu inkişaf etdirsək, növbəti seçmə mərhələdə nəticəmiz də düzələcək. Nəticə baxımından irəliləyiş olmasa da, oyun sarıdan müsbət dəyişikliklər hiss olunur. 

- "Xəzər Lənkəran”ın əvvəlki iddiasının olmaması milli karyerana da təsir edə bilər. Bir kapitan kimi komandanın gələcəyini necə görürsən?

- Biz bu heyətlə  meydana ancaq uduzmamaq üçün çıxırıq. UEFA-nın məlum qadağasından sonra komandamız bu günə düşdü. Ancaq inanıram  ki, yanvarda yenidən yaxşı transferlər olacaq və siz həmişəki güclü "Xəzər Lənkəran” görəsəksiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol