• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA Mişel Platininin FİFA prezidentliyinə seçkidə iştirakını dəstəkləyib

AFFA Mişel Platininin FİFA prezidentliyinə seçkidə iştirakını dəstəkləyib
15.10.2015 19:47
İsveçrənin Nyon şəhərində UEFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
 
"Report"un məlumatına görə, İK üzvləri FİFA-nın Etika Komitəsi tərəfindən oktyabrın 8-də 90 gün müddətinə UEFA prezident vəzifəsindən kənarlaşdırılmış Mişel Platinini dəstəkləyiblər.

Bu gün səhər Avropa futbol qurumuna üzv olan 54 milli federasiya isə M.Platininin UEFA prezidentliyinə seçkidə iştirakının lehinə çıxış ediblər. 
"Platini İK və UEFA tərkibinə daxil olan federasiya nümayəndələrindən tam aydın və möhkəm dəstək alıb. Bəzi nümayəndələr isə onunla əlaqə saxlayıblar", - UEFA-nın yaydığı məlumatda bildirilir.

Bu açıqlama M.Platininin namizədliyinin AFFA tərəfindən də dəstəkləndiyi anlamına gəlir. Milli assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, hazırda UEFA-nın toplantısında AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədov iştirak edir.

UEFA İK-in növbədənkənar iclasının keçirilməsi M.Platini, FİFA prezidenti Yozef Blatter və ali futbol qurumunun baş katibi Jerom Valkenin tutduqları vəzifədən və istənilən futbol fəaliyyətlərindən 90 gün müddətinə uzaqlaşdırılmaları ilə bağlı olub. İclasın yekunları ilə əlaqədar bu axşam mətbuat konfransı olacaq.
 
Konfransa UEFA-nın baş katibi Canni İnfantino da qatılacaq.

Qeyd edək ki, Yozef Blatter Mişel Platiniyə FİFA vəsaitlərindən 2 milyon frank qanunsuz ödəniş etməkdə şübhəli bilinir. Həmin vəsait 1999-cu ilin yanvarından 2002-ci ilin iyununadək olan dövrdəki işlərin yerinə yetirilməsi müqabilində nəzərdə tutulub. Lakin ödəniş 2011-ci ilin fevralında ünvanına çatıb. FİFA prezidenti seçkisi 2016-cı il fevralın 26-da keçirilməlidir. Amma tarixin dəyişdirilməsi variantı da gündəmdədir. Y.Blatter mayın 29-da keçirilmiş FİFA Konqresində növbəti müddətə qurumun prezidenti seçilib. Lakin bundan 4 gün sonra isveçrəli funksioner korrupsiya qalmaqalları fonunda istefaya getdiyini açıqlayıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol