• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ"nin baş məşqçisi Ukrayna milli komandasına rəhbərlik edə bilər

"Qəbələ"nin baş məşqçisi Ukrayna milli komandasına rəhbərlik edə bilər
16.10.2015 11:11
Hazırda "Qəbələ" futbol komandasına rəhbərlik edən Roman Qriqorçuk Ukrayna milli komandasının baş məşqçi postuna əsas namizəddir.
 
"Report"un "Sportanalytiс" portalına istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis yeni vəzifədə 2016-cı ilin avqustunda yoldaşlıq görüşündə debüt edə bilər.

Ukrayna millisinin hazırkı baş məşqçisi Mixail Fomenko, hətta AVRO-2016-nın final mərhələsinə yüksələcəkləri təqdirdə belə komandanı tərk edəcək. "Mavi-sarılar" tarixində ilk dəfə "pley-off" mərhələsini keçə bilsələr, M.Fomenko komandanı Avropa çempionatına aparacaq, əks halda, məşqçilər heyəti dərhal istefaya göndəriləcək.

Ukrayna Futbol Federasiyası R.Qriqorçukla razılığa gələ bilməsə, alternativ variant kimi ölkə yığması tarixində ən yaxşı bombardir sayılan Andrey Şevçenkonun adı çəkilir. A.Şevçenko ilk dəfə hələ 3 il öncə komandanın baş məşqçi postuna dəvət alıb.

Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu fəaliyyəti ilə tanınır. O, Avropa Liqasının 1/16 finalınadək yüksəltdiyi Odessa komandasını ölkə futbolundakı böhran səbəbindən tərk edib. 2014-cü il dekabrın 18-də "Qəbələ"yə baş məşqçi təyin olunub. Təcrübəli mütəxəssis bu mövsüm "qırmızı-qaralar"ı Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Azərbaycan Premyer Liqasında isə bu komanda hazırda lider "Qarabağ"dan 1 xal geridə qalaraq, 2-ci pillədə qərarlaşıb. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol