"Zenit"in baş məşqçisi oyun zamanı dünyasını dəyişdi

Rusiya futboluna ağır itki üz verib.
Qol.Az-ın məlumatına görə, "Zenit” (Penza) klubunun baş məşqçisi Sergey Filippenkov veteranların yoldaşlıq oyunu zamanı dünyasını dəyişib.
"Zenit” və "Penzqorstroyzakazçik” arasında keçirilən oyunun sonlarında Filippenkov özünü pis etdiyini deyib və yerə yıxılıb.
Ona təcili tibbi yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
44 yaşında vəfat edən Rusiya millisinin sabiq futbolçususu ölkəsinin bir çox tanınmış klublarında çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























