FİFA Küveyt futbol assosiasiyasını diskvalifikasiya etdi

Beynəlxalq futbol federasiyası (FİFA) Küveyt futbol assosiasiyasını ölkə hökümətinin təşkilatın işlərinə qarışdığı üçün diskvalifikasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
"Assosiasiya və klublar sərbəst şəkildə fəaliyət göstərəndə diskvalifikasiya ləğv ediləcək”, - FİFA-nın bəyanatında deyilir.
Diskvalifikasiya ilə əlaqədar Küveyt milli komandaları və klubları FİFA və Asiya Futbol Konfederasiyasının himayəsi altında təşkil edilən turnirlərdə iştirak edə bilməyəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























