• $
  • €
  • ₽
  • ₺
  • £

“Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır” – Şəhriyar Əliyev

“Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır” – Şəhriyar Əliyev
17.10.2015 13:03
"Yaxşı oyun oldu. İlk hissədə küləyə qarşı oynayırdıq. Buna görə də  oyunumuz alınmırdı. Rəqibin azlıqda qalması  işimizə yaradı.”

Bu sözləri Qol.Az saytına açıqlamasında "Kəpəz”in futbolçusu Şəhriyar Əliyev Premyer Liqamızın 8-ci turunda "Rəvan”a qalib gəldikləri oyundan (2:0)  sonra deyib.

Müdafiəçi bildirib ki, əsas məqsədləri çempionatın sonuna kimi turnir cədvəlinin ilk "dördlüy”ündə qərarlaşmaqdır:” Az zaman çərçivəsində toplaşmağımıza baxmayaraq yaxşı oyun sərgiləməyə çalışırıq. Məqsədimiz yuxarı pillələr uğrunda mübarizə aparıb Avropa Liqasına vəsiqə qazanmaqdır”.

Ş.Əliyev  "Rəvan”ın qapıçısı Kostyantin Maxnovskiylə arasında baş verən mübahisə haqqında da danışıb:” Arxadan ayağıma zərbə endirdi və söyüş söydü. O anda özümü güclə saxladım ki, cavab verməyim. Hakim də sağ olsun, gəlib ikimizə də sarı vərəqə göstərdi".

Ş. Əliyev açıqlamasında  növbəti turda  "Xəzər Lənkaran”la keçiriləcək oyun haqda da fikir bildirib: ”Xəzər Lənkaran”la aramızda heyət baxımından ciddi fərq yoxdur. Bizim komandamız da gənc futbolçulardan təşkil olunub.  Elə oyunlar olmuşdu ki, yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu problemi də həll etdik. İndi qələbələri sıralamağı düşünürük”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol