• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu
19.10.2015 21:35
"Neftçi”nin U-14 komandasının iştirakı ilə Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top” turnirinə yekun vurulub. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" final matçında Cənubi Osetiyanın "Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb. 

4:1 hesabı ilə başa çatmış oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən 2 dəfə Musa Qurbanlı, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Xatırladaq ki, futbolçumuz Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandanın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub (13 qol). Turnirin bütün oyunlarında qələbə qazanmış "Neftçi" qrup görüşlərində Tacikistanın "Umed” (3:0), Rusiyanın "Puls” (2:1), Moldovanın "Spiru Xaret” (4:1), Rusiyanın "Nadejda” (3:2) və Abxaziyanın "Qudauta” (9:0) klublarına qalib gəlib.

Qeyd edək ki, "Neftçi"nin heyətində bombardir olan Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol