• $
  • €
  • ₽
  • ₺
  • £

"Bizə fərqi yoxdu, istər Mxitaryan gəlsin, istərsə də Roys...”

"Bizə fərqi yoxdu, istər Mxitaryan gəlsin, istərsə də Roys...”
19.10.2015 23:07
Dortmund "Borusiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının qrup mərhələsində  "Qəbələ" ilə oyun üçün Bakıya gətirməyəcəyini açıqlayıb.

Klubun icraçı direktoru Xans-Yoaxim Vatske Almaniya mətbuatına deyib ki, Mxitaryanı sırf onun təhlükəsizliyinə görə Azərbaycana aparmayacaqlar.

Qol.Az-ın suallarını cavablandıran "Qəbələ” klubunun meneceri Səməd Nəsibov deyir ki:

- Təhlükəsizlik məsələsini qabartmaq yersizdir. Bu məsələni siyasiləşdirmək də olmaz. Onu deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, istər Bakıya Mxitaryan gəlsin, istərsə də Roys. Hər bir oyunumuzda klubun təhlükəsizlik xidmətindən əlavə Daxili Qoşunların əsgərləri və polis əməkdaşları da olur. Bundan əvvəl də gərginlik gözlənilən oyunlarımız olub. Ancaq heç birində xoşagəlməz hallar baş verməyib. Hansısa futbolçuya təhlükə yaranmasından söhbət gedə bilməz.

- Mxitaryana da həmçinin?

- Təbii ki, biz  daim UEFA-nın təlimlərində iştirak edirik. Hamı bu oyunların mötəbərliyindən xəbərdardır. Hər kəs bilir ki, bu, Avropa səviyyəli yarışdı və bura gələn heç bir idmançıya qarşı zorakılıq edilə bilməz. Mxitaryan üçün də heç bir təhlükə ola bilməzdi.

- Razısız ki, istənilən halda Mxitaryanın Bakıya gəlməməsi yaxşı oldu?

- Müəyyən ajiotaj yarana bilərdi. Bu baxımdan onun gəlməməyi yaxşı oldu. Ancaq təhlükəsizlik baxımından gəlməyində heç bir problem yoxdur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol