İdman oyunlarının biletini saxtalaşdıranlar cərimələnəcəklər

Milli Məclis idman yarışlarına giriş biletlərini saxtalaşdıran şəxslərə cərimələri artıran qanun layihəsini qəbul edib.
M odern.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslərin 700, vəzifəli şəxslərin 1500, hüquqi şəxslərin isə 6 min manat cərimələnməsi nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























