Djibril Sisse futboldan getdi

Fransa millisinin sabiq hücumçusu Djibril Sisse futbolçu karyerasını başa vurub.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə onun özü gözyaşları içərisində "Kanal Plus" telekanalında qatıldığı proqramda bildirib. O, yanvar ayında əməliyyat olunacağını deyib:
"Artıq bədənim dincəlməlidir. Bəli daha bitti, artıq peşəkar səviyyədə futbol oynaya bilmərəm. Həyatımda yeni bir səhifə açmalıyam".
Qeyd edək ki, D.Sisse Fransa millisində oynadığı 41 matçda 9 qol vurub. O, "Liverpul", "Marsel", "Latsio", "Panatinaikos", "El-Qarafa", "Kuban", "Bastiya", "Sen-Pyeruaz" klublarında çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























