• $
  • €
  • ₽
  • ₺
  • £

"Karateçilərimiz 6 aydır maaş ala bilmir"

"Karateçilərimiz 6 aydır maaş ala bilmir"
20.10.2015 15:28
"Maliyyə çətinliklərimiz var. Baş sponsorumuz Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərliyi ilə görüşmüşəm. Söz veriblər ki, həmişə olduğu kimi, federasiyamıza diqqət olacaq". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov deyib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra maliyyə çətinliyi ilə üzləşən federasiya gözləməyə üstünlük verib. Y.Bəşirovun sözlərinə görə, bank əvvəl olduğu kimi yenə də sponsorluğunu davam etdirəcək: "Düzdür, 5-6 aydır uşaqlar maaş ala bilmir. Ancaq bu çətinlik dəyişikliklə əlaqədardır. Bankdan bizə bildiriblər ki, federasiyanın hara borcu varsa, hamısı ödəniləcək və maaşlar veriləcək. Sadəcə, hər şeyin qaydasına düşməsi üçün bir az vaxt lazımdır. Beynəlxalq Bankla yeni müqavilə imzalayacağıq. Amma dəqiq tarix hələ məlum deyil. Düşünürəm ki, yeni müqavilə 1 illik olacaq".

Federasiya prezidenti rəhbərlik etdiyi qurumda yaranan maddi çətinliyin Gənclər və İdman Nazirliyinin diqqətində olduğunu deyib. Onun sözlərinə görə, nazir Azad Rəhimovun da diqqət və köməyi olur: "Azad müəllim deyir ki, bu federasiya diqqətdən kənarda qala bilməz".

Qurum rəhbəri karatenin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilmə ehtimalından da danışıb. O, bildirib ki, "Tokio-2020"nin Təşkilat Komitəsi karatenin 5 il sonrakı olimpiadanın yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qeydə alınan təklif 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyroda BOK-un 129-cu Sessiyasında qəbul olunacaq: "Olimpiada Yaponiyada keçiriləcək və onlar bu idman növünü çox sevir. Həmin proqrama daxil edilmək üçün 5 idman növü müzakirə ediləcək. Düşünürəm ki, bunların içərisində ən böyük şansı olan karatedir. Biz də qərarın verilməsini gözləyirik. Üstəlik BOK-un prezidenti Tomas Bax da Bakıda keçirilmiş Avropa Oyunları zamanı müsbət fikirlərini bildirmişdi. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinoz yüksək təşkilatçılıqla bağlı bizə təbrik məktubu göndərib. İnanırıq ki, hər şey müsbət nəticələnəcək".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol