• $
  • €
  • ₽
  • ₺
  • £

Fariz Nəcəfov: “Borussiya” rəsmisinin Mxitaryanla bağlı fikirləri əsassızdır”

Fariz Nəcəfov: “Borussiya” rəsmisinin Mxitaryanla bağlı fikirləri əsassızdır”
21.10.2015 15:41
"Borussiya” Henrik Mxitaryanın viza məsələsi ilə bağlı bizə müraciət etməyib”. Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
 
Rusiyanın sport-express.ru saytına danışan Nəcəfov maraqlı fikirlər səsləndirib.
 
Bu günlərdə "Borussiya”nın icraçı-direktoru Hans-Yoahim Vatske açıqlamasında komandanın erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməyəcəyini Azərbaycan və Ermənistan arasındakı konfliktin olması ilə əlaqələndirmişdi.
 
Nəcəfov isə bildirib ki, Mxitaryanın Azərbaycanda təhlükəsizliyi ilə bağlı problem yaşayacağından ehtiyatlanmasına lüzum yoxdu: "Borussiya” nümayəndəsinin məsələ ilə bağlı fikri əsassızdı. Biz təhlükəsizliyə maksimum təminat veririk. Beynəlxalq oyunları keçirmək təcrübəmiz var. Erməni idmançılar bu oyuna qədər də ölkəmizə gəliblər. Misal olaraq, bu yaxınlarda Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunu göstərmək olar. Odu ki, narahat olmağa dəyməz. Amma alman klubu Mxitaryanın viza məsələsi ilə bağlı bizə müraciət etməyib”.
 
Qeyd edək ki, "Qəbələ” – "Borussiya” matçı sabah keçiriləcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol