• $
  • €
  • ₽
  • ₺
  • £

“Borussiya” ilə razı deyiləm” – Azad Rəhimov

“Borussiya” ilə razı deyiləm” – Azad Rəhimov
21.10.2015 13:51
Gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Almaniyanın "Borussiya" (Dortmund) komandasının ermənistanlı futbolçu Henrik Mxitaryanı Bakıya gətirmək istəməməsinə münasibət bildirib.

ANN.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, nazir "Borussiya" rəsmilərinin siyasi amilləri səbəb göstərməsi ilə razılaşmayıb.

O bildirib ki, Azərbaycan belə məsələlərdə təhlükəsizliyi tam təmin edən dövlətdir: ."Bakıda ilk dəfə güləş üzrə dünya çempionatı keçiriləndə Ermənistanın böyük nümayəndə heyəti gəlmişdi. Həmin vaxt Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası ilə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən birgə memorandum imzalanmışdı. Dövlətimiz isə təhlükəsizlik zəmanəti vermişdi. Yadınızdadırsa, bir neçə il öncə İrəvanda keçirilmiş cüdo üzrə Avropa çempionatı ilə əlaqədar Ermənistan paytaxtında səfərdə olmuşdum. Yəni, idman sahəsində ikitərəfli təhlükəsizlik məsələləri həll olunub. Hansı komanda hansı idmançını nə səbəbə görə gətirmirsə, o, bizə aid məsələ deyil. Azərbaycan təhlükəsizlik məsələlərini tam təmin etdiyini və bu məsələlərdə ən sakit dövlət olduğunu dəfələrlə göstərib".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Borussiya oyununda Almaniya təmsilçisinin erməni əsilli futbolçusu Henrik Mxitaryan iştirak etməyəcək. Buna səbəb onun Bakıya gəlməməsidir

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol