“Qalib gələcəyimizə əmin idik” – Tomas Tuhel

"Rəqib ilk dəqiqələrdə sürətli hücumlar qurdu. Biz isə pis çıxış etdik. İlk hissənin ortalarında oyunumuzu tapdıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Dortmund "Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasını qrup mərhələsində ”Qəbələ” ilə oyundan (3:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Qalib gəlməyinizə baxmayaraq heç gülümsəmirsiz. Bu, əvvəlcədən qələbə qazanacağınıza əminliyinizdən irəli gəlir?
- Bəli, biz əmin idik ki, qalib gələcəyik. Qrupdakı yerimizi qorumalıydıq. Düzdür, "Qəbələ” ilk dəqiqələrdən qapımız qarşısında təhlükələr yaratdı, ancaq sonradan tam üstünlüyü ələ aldıq.
- İlk dəqiqələrdə "Qəbələ” qol vursaydı, nəticə başqa cür olardı?
- Təbii ki, rəqib əlinə düşən imkanlardan yararlansaydı, hesab fərqli olardı. GÖrdüyünüz kimi, biz hesabı açdıqdan sonra oyunuzu xeyrimizə dəyişdik.
- Cavab matçında Henrix Mxitaryanın xidmətindən istifadə edəcəksiniz?
- Bəli, meydanda olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























