• $
  • €
  • ₽
  • ₺
  • £

"Komandamla fəxr edirəm" – Qriqorçuk

"Komandamla fəxr edirəm" – Qriqorçuk
22.10.2015 23:18
"Rəqibə minnətdarlığımı bildirirəm ki, bizə hörmətlə yanaşdılar, əsas heyətlə oynadılar. "Borussiya”nın  son oyunlarını izləmişdim. Onların qapısı qarşısında bugünkü oyundakı qədər təhlükəli vəziyyət olmamışdı. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasını qrup mərhələsində "Borussiya” (Dortmund) ilə oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Son iki oyunda "Qəbələ” qələbə qazanmayıb. Necə düşünürsünüz, qrupdan çıxmaq şansınız var?

- "Krosnador”la oyunda qalib gələ bilərdik. Ancaq "Borussiya” ilə görüş bizim üçün çox çətin oldu. Futbolçularımla fəxr edirəm və düşünürəm ki, komandamız bu oyundan sonra daha yaxşı çıxış edəcək. Düzdür, ilk dəqiqələrdə qol epizodları yaratdıq. Amma onları dəyərləndirsəydik belə, matçın necə davam edəcəyini bilmirik. Rəqib topa daha çox nəzarət edirdi. Mən gördüm ki, "Borussiya”nın səviyyəsi çox yüksək idi. Qarşıda hələ 3 oyun var və bu görüşlərdə 9 xal yığmaq mümkündü. "Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadırlar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. "Qəbələ” indki məqamda çox ciddi komandadır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol