"Qarabağ" bizim kimi oynayırdı" – "Monako"nun futbolçusu

"Qarabağ" bizim ötən mövsüm Çempionlar Liqasında oynadığımız kimi mübarizə apardı. Onlar yaxşı müdafiə olunurdu və hücum üçün imkan gözləyirdilər".
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun qapıçısı Daniyel Subaşiç Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O bildirib ki, bu qalibiyyəti tezliklə unutmalıdırlar:
"Qarşılaşmaya pis başladıq. İlk dəqiqələrdə oyunumuzda sürət çatışmırdı. Ancaq sonradan toparlandıq. Sevinirəm ki, qol buraxmadan qalib gəldik. Buna görə özümü yaxşı hiss edirəm".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























