"Monako"nun kapitanı: "Təzyiq etmək istədik, alınmadı"

"Monako"nun kapitanı Jeremi Tulalan Avropa Liqasının üçüncü turunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, oyununu çətin keçdiyini deyib:
"Buna baxmayaraq, istədiyimizə nail olduq. Bizim üçün önəmli olan qələbə qazanmaqdır. Yaxşı rəqibə qarşı yaxşı mübarizə apardıq. "Qarabağ"a təzyiq etmək istədik, amma buna sürət və hərəkətlilik çatmadı. İkinci hissədə bu baxımdan daha yaxşı idik. Hamımız daha güclü oynamalı olduğumuzu bilirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























