Messi "Forbes"də Top-10-a düşə bilmədi

ABŞ-ın məşhur "Forbes" jurnalı idmançılar arasında 2015-ci ilin ən bahalı brendlərinin reytinqini açıqlayıb.
Qaynar.info xəbər verir ki, amerikalı qolfçu Tayqer Vuds 30 milyon dollarlıq brendlə I yerdə gedir.
II pillədə isə ABŞ-ın digər qolfçusu Fil Mikelsondur. "Klivlend" klubunun basketbolçusu Lebron Ceyms və dünyanın bir nömrəli raketka ustası Rocer Federer növbəti pillələrdə qərarlaşıblar.
Maraqlıdır ki, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi bu siyahıya düşməyib. Madrid "Real"ının lideri Kriştianu Ronaldu isə VIII yerdədir. Ümumiyyətlə, Top-10-un yarısı ABŞ idmançılarıdır.
1. Tayqer Vuds (ABŞ, qolf) - 30 milyon dollar
2. Fil Mikelson (ABŞ, qolf) - 28 milyon
3-4. Lebron Ceyms (ABŞ, basketbol) - 27 milyon
3-4. Rocer Federer (İsveçrə, tennis) - 27 milyon
5. Mahendra Sinqh Doni (Hindistan, kriket) - 21 milyon
6-7. Useyn Bolt (Yamayka, yüngül atletika) - 18 milyon
6-7. Kevin Dyurant (ABŞ, basketbol) - 18 milyon
8. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 16 milyon
9. Rori Makilroy (Şimali İrlandiya, qolf) - 12 milyon
10. Floyd Meyvezer (ABŞ, boks) - 11,5 milyon
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























