Pavel Nedved "Yuventus"un vitse-prezidenti seçildi

"Yuventus"un yeni vitse-prezidenti müəyyənləşib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, futbolçu karyerası ərzində uzun müddət Turin təmsilçisində çıxış edən Pavel Nedveddir.
Qeyd edək ki, P.Nedved bundan əvvəl klubun idarə heyətinin üzvlərindən biri idi.
Xatırladaq ki, P.Nedved futbolçu karyerası ərzində 2001-2009-cü illərdə "Yuventus"da oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























