• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi

Azərbaycanlı idmançı erməni idmançının həyatını xilas etdi
28.10.2015 11:22
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə WTF çempionatında maraqlı hadisə yaşanıb.

Oxu.Az Şimali Kiprin "Bayrak Radyo Televizyon Kurumu” (BRTK) telekanalının məlumatına istinadən xəbər verir ki, yarışlarda KKTC, Türkiyə, Kanada, Moldova, Rusiya, Tatarıstan, Ermənistan, Azərbaycan, İran, Norveç, Bolqarıstan, Özbəkistandan xeyli sayda dərəcə almaq istəyən idmançılar iştirak ediblər.

"Oktyabrın 22-də ermənistanlı idmançı Davit Atenesyan tədbirdən sonra istirahət etmək üçün qaldıqları evin hovuzuna girib və burada boğulmağa başlayıb.

Bunu görən Azərbaycan komandasının idmançısı Həsənzadə Həsən dərhal hovuza tullanaraq, erməni idmançını sudan çıxarıb. Atenesyanın nəfəs almadığını görən Həsənzadə ona süni nəfəs verməyə başlayıb və həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərib.

Daha sonra Atenesyan xəstəxanaya aparılıb. Bir gün xəstəxanada qalan erməni idmançı ayıldıqda heç bir şeyi xatırlamadığını söyləyib, baş verənlərin ona yuxu kimi gəldiyini deyib.

Xəstəxanadan buraxıldıqdan sonra idmançı azərbaycanlı idmançının yanına gələrək, ona təşəkkürünü bildirib.  

Erməni idmançı bu hadisədən çox təsirlənərək, hətta bundan sonra azərbaycanlıları özünə qardaş bildiyini bəyan edib”, - BRTK xəbər verib

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol