Suares: "Dünyanın ən yaxşı müdafiəçisi Ramosdur"

"Barselona"nın futbolçusu Luis Suares ən çox bəyəndiyi müdafiəçinin adını açıqlayıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, "Real"ın oyunçusu Serxio Ramosdur. Uruqvaylı hücumçu bildirib ki, S.Ramosa qarşı oynamağa çətinlik çəkir:
"O, güclü və təcrübəli müdafiəçidir. Futbolçu karyeram ərzində ən önəmli qollardan biri "Real"a qarşı olacaq. Bunun səbəbi Madrid klubunda Serxio Ramosun çıxış etməsidir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























