"Çelsi"də Dieqo Kosta sıradan çıxdı

"Çelsi" klubunun hücumçusu Dieqo Kosta zədələnib.
Qol.AZ-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçunun İngiltərə Liqa kubokunda "Stok Siti" ilə görüşdə qabırğası əzilib.
Matça davam edə bilməyən Kosta 33-cü dəqiqədə əvəzlənib. Onun hələlik hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edək ki, əsas vaxtı 1:1 başa çatan görüşdə matçın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan "Stok Siti" (5:4) növbəti mərhələyə yüksəlib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























