"Arsenal"da iki ciddi itki

İngiltərə Liqa kubokunun 1/8 finalında "Şeffild Uensdey"ə uduzan "Arsenal" ciddi itki ilə üzləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, London təmsilçisinin iki futbolçusu sıradan çıxıb.
Matça start heyətində çıxan Aleks Oksleyd-Çemberlen 5-ci dəqiqədə zədələnib. Onu Teo Uolkot əvəzləyib ki, ingilis futbolçu da 14 dəqiqə sonra sıradan çıxıb. Hər iki futbolçunun durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Şeffild Uensdey"ə 0:3 hesabı ilə uduzan "Arsenal" kubokda mübarizəni dayandırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























