UEFA-dan 4 klubumuza maliyyə vəsaiti ayrıldı

2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "İnter” klubları üçün UEFA tərəfindən qaydada maliyyə vəsaiti ayrılıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbəər görə, ayrılan maliyyə vəsaitləri aşağıda qeyd olunan kimidir:
"Qarabağ”a 950 000.00 avro
"Qəbələ” – 630 000.00 avro
"Neftçi” – 200 000.00 avro
"İnter” – 630 000.00 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada "Qarabağ”, "Qəbələ” və "Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə "İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait "İnter” PİK-in hesabına köçürüləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























