• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovu qabaqladı

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovu qabaqladı
02.11.2015 20:31
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr üçün müəyyənləşən "Top-100”də yenə 5 Azərbaycan şahmatçısı yer alıb.  
 
Həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Son ayda inamlı çıxış edən qrossmeysterimiz 2 pillə irəliləyərək, Pendiala Harikrişna (Hindistan) ilə birgə 19-cu yerə şərik olub. Hər 2 şahmatçının aktivində 2743 xalı var.  
 
Ötən ay 19-cu olan Teymur Rəcəbov (2739) isə mövqeyini əldən verib. O, 3 pillə geriləyərək, 22-ci yerə enib.
 
Avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç də irəliləyənlər sırasındadı. Aktivində 2689 xalı olan Latviya əsilli şahmatçı 7 rəqibini arxada qoymaqla, "50-liyə” qayıdıb.
 
Millimizin digər şahmatçısı Eltac Səfərli (2657) də mövqeyini yaxşılaşdırıb.  5 pillə irəliləyən zəka sahibi 90-cı yerə qalxıb. Ondan fərqli, Rauf Məmmədov (2653) Rəcəbov kimi aşağı düşüb. O, hazırda 99-cüdu (-4).
 
Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2850 xala malikdi. İkinci yeri Veselin Topalov (Bolqarıstan, 2803) ələ keçirdiyi halda, Vişvanatan Anand (2803) yenə "üçlüyə” qayıdıb.
 
Qeyd edək ki,  qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol