Cerard karyerasını başa vuracağı tarixi açıqladı

"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard növbəti mövsüm karyerasını başa vurmaq istəyir.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə ingilis futbolçunun özü məlumat verib:
"Növbəti mövsüm karyeramda son mövsüm ola bilər. Özümü qarşıdakı illərdə futbol oynamağa hazır hiss etmirəm. Futboldan pik formamda olan müddətdə getmək istəyirəm. Çempionat uzun idi, ancaq mən cəmi 4 ay oynadım. Qarşıdakı bir il də futbol oynaya biləcəyimi düşünürəm".
Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi olan Cerard Amerika MLS liqasında keçirdiyi 14 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























