"Bakıda yenə qol vuracam" – Əl-Şaaravi

Bu gün Bakı bulvarına gəzintiyə çıxan "Monako"nun futbolçusu Stefan Əl-Şaaravi paytaxtımızla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italyalı futbolçu Bakı ilə bağlı yaxşı xatirələri olduğunu bildirib:
"Ötən ay İtaliya yığmasının heyətində Bakıda oynamışam. Bu şəhərlə bağlı yaxşı xatirələrim var. Çünki yığmanında heyətində Bakıda qol vurmuşdum. Ümid edirəm ki, sabah "Qarabağ"la görüşdə də bunu bacaram".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























