"Avropa Liqasının finalına yüksələ bilərik" – Roys

"Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys iddialı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan alman fubolçu komandasının Avropa Liqasının finalına yüksələ biləcəyini bildirib:
"Cari mövsüm Avropa Liqasının finalına yüksələ bilərik. Ancaq qrup mərhələsinin oyunlarından sonra daha güclü rəqiblərlə qarşılaşacağıq. Həmin vaxt formada olmaya bilərik. Lakin potensialımız var və turnirin finalına qədər irəliləmək istəyirik".
Qeyd edək ki, "Borussiya" Avropa Liqasının C qrupunda Azərbaycanın "Qəbələ", "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) klubları ilə mübarizə aparır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























