• $
  • €
  • ₽
  • ₺
  • £

“İstənilən komandaya qarşı oynaya bilərik” – Qurban Qurbanov

“İstənilən komandaya qarşı oynaya bilərik” – Qurban Qurbanov
04.11.2015 17:53
"Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Monako” ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Adətən 4-2-3-1 taktiki sxemindən istifadə edirsiniz. Reynaldonun yoxluğunda hansısa dəyişiklik olacaq?

- Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edim. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik.

- Komandada psixoloji gərginlik varmı?

- Psioxoloji çətinlik hər zaman olur. "Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətini dərk edir. Belə oyunlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq.

- Rəqibə heyət baxımından sürpriz hazırlamısınızmı?

- Elə də böyük dəyişiklik görünmür. Çalışacam ki, daha yaxşı formada olanlara şans verim. Kiçik dəyişiklik ola bilər.

- Premyer Liqamızın son turunda Vüqar Mustafayev gözəl qolla yadda qaldı. Sabah onu heç olmasa ehtiyatda görə bilərik?

- Əfsuslar olsun ki, bu suala tam cavab verə bilməyəcəm. Sabah buna qərar verəcəyik.

- Azarkeşlərin sabahkı oyuna marağı elə də böyük deyil. Sizcə, bunun səbəbi nədir?

- Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.

- Son bir həftədə Fransa mətbuatı "Qarabağ”dan çox yazır. Bir jurnalist isə qeyd edib ki, ola bilsin Bakıdakı oyundan sonra "Qarabağ”dan daha çox yazdıq. Onun bu fikirlərinə münasibətiniz necədir?

- Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam.

- Bu günə qədər Azərbaycan klubları Fransa təmsilçilərinə qalib gələ bilməyib. Bu, statistika komandanıza mənfi təsir etməz ki?

- Yox. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol