• $
  • €
  • ₽
  • ₺
  • £

Benzema günahını etiraf etdi

Benzema günahını etiraf etdi
05.11.2015 16:10
Prokuror: "Onun adı bu işdə şahid və ya əsas təqsirləndirilən şəxs kimi hallana bilər”

"Real Madrid” hücumçusu Kərim Benzema "Lion”un yarımmüdüfiəçisi Matye Valbuenanı təhdid etdiyini boynuna alıb.

ANS PRESS-in məlumatına görə, daha əvvəl Fransa polisi "Real” oyunçusunu digər klubun futbolçusunu təhdid etməkdə şübhəli bilərək həbs edib. Frans Press agentliyinin xəbərinə görə, Benzema öz günahını məhkəmədə etiraf edib. 

Cinayətkarlar Valbuenanı onun intim xarakterli video görüntüləri ilə şantaj ediblər. Hazırda həbsdə ikisi Marseldən olan 3 nəfər saxlanılır. İşlə bağlı dindirilən Cibriel Sisse isə bir müddət sonra sərbəst buraxılıb.

Prokurorun sözlərinə görə məhkəmənin sonunda hakim Benzemaya dair qərarı açıqlayacaq. "Onun adı bu işdə şahid və ya əsas təqsirləndirilən şəxs kimi hallana bilər”, - deyə prokuror bildirib.


Karim Benzema - "Real"ın hücumçusu

Benzemaya "Şantaj və cinayət tərkibli sui-qəsddə iştirak” maddəsi ilə 5 il iş kəsilə bilər.

Bu Benzemanın hüquq-mühafizə orqanları ilə üz-üzə gəldiyi ilk hal deyil. Oktyabr ayında futbolçu ispan polisi tərəfindən sürücü vəsiqəsi olmadan sükan arxasına oturmasına görə saxlanılıb. Daha əvvəl isə fransız forvardı həddi buluğa çatmamış qızla cinsi əlaqədə şübhəli bilinib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol