• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: “Ədalətli nəticə heç-heçə idi”

Qurban Qurbanov: “Ədalətli nəticə heç-heçə idi”
05.11.2015 22:53
"Qələbə qazanmağı çox istəyirdik, amma alınmadı. Rəqibin gücünü bilirdik. Hələ məğlub olmayıblar. Bundan öncəki görüşlərdə də tempi artırıb hesabı bərabərləşdiriblər”.

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransa təmsilçisi "Monako”nu qəbul edən Ağdam klubu 1:1 hesablı bərabərliklə kifayətlənib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında çıxış edən Qurbanov bu sözlərlə fikrini əsaslandırıb: "10 dəqiqəlik periodda oyunu itirdik. Onda da qol buraxdıq. Komandamdan razı qaldım. Oyunda sürət var idi. Rəqibi də qiymətləndirmək lazımdı. Bununla, özümüzü sığortalamıram. Amma belə komandaya uduzmadığımız üçün şükr edirəm. Qarşıda iki oyunumuz qalır. Onlara hazırlaşacağıq. Azarkeşlərə "5 üstəgəl” qiyməti verərdim. Çünki bizi çox gözəl dəstəklədilər. Hər birinə təşəkkür edirəm”.
 
- 2 xal itirdiyinizi düşünmürsüz?
- Qazanılan hər xala görə razı qalmışam. Ümumi götürsək, ədalətli nəticə heç-heçə idi. Rəqib də qalib gəlməyə çalışdı. Alınmadı. Futbolda hər şeyə hazırlıqlı olmaq lazımdı.
 
- Qrupdakı şansınızı necə dəyərləndirirsiniz?
- Artıq 4 xal toplamışıq, hələ də şansımız var. Çalışırıq ki, belə rəqiblərlə başabaş mübarizə aparaq. Rəqib bu gün pressinq etsə də, oyunu itirmədik. Düzdü, müdafiədə bəzi səhvlər etdik. Amma ümumilikdə bunu da normal sayıram. Qarşıdakı rəqibləri düşünməliyik. Mümkünsüz heç nə yoxdu. Bizi daha güclü rəqiblərlə oyunlar gözləyir.
 
- Buraxılan qol epizodunda Şehiçin hərəkətini necə dəyərləndirərdiz?
- Şehiçin oyunundan razı qaldım. Sadəcə, həmin epizodda mən də hiss etdim ki, əllə topu tuta bilərdi. Amma rəqib oyunçu da sürətlə gəlirdi. Yəqin ki, topa tez çatmaq üçün belə reaksiya göstərdi. Sehiç o topu da qaytarsaydı, günün qəhrəmanı olardı.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol