• $
  • €
  • ₽
  • ₺
  • £

Mxitaryan: "Qəbələ"yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi"

Mxitaryan: "Qəbələ"yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi"
06.11.2015 15:07
"Borussiya” (Dortmund) klubunun erməni hücumçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsində "Qəbələ”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.

- "Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

- "Qəbələ” haqda fikirlərin necədir?

- "Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. "Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. "Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram

- Bakıda keçirilən ilk oyunda iştirak etməməyin nə ilə əlaqədardı?

- Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buna görə də yekun qərar oldu ki, Bakıya getməyim.

- Sənə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər...

- Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi.

- Bakıda nəsə olacağından ehtiyatlanırdın?

- Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm. 

- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?

- Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə "Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünkü oyun üçün də gələnlər var idi.

- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?

- Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. "Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol