İngiltərədə oktyabrın ən yaxşıları müəyyənləşdi

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşıları müəyyənləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Lester"in hücumçusu Ceymi Vardi ötən ayın ən yaxşısı seçilib. O, oktyabrda dörd oyuna 5 qol vurub.
Ən yaxşı baş məşqçi adına isə "Arsenal"ın baş məşqçisi Arsen Venger layiq görülüb. Onun komandası ötən ay bütün matçlarda qalib gəlib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























