Qazaxıstan klubundan gözlənilməz qərar

Qazaxıstanın "Aktobe" klubu yüksəködənişli futbolçularını transferə çıxarıb.
Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, belə qərar klub rəhbərliyinin bu gün keçirilən toplantısında qəbul olunub.
Komandada yaşanan maliyyə böhranını nəzərə alan rəhbərlik növbəti mövsüm üçün büdcəni azaltmağa qərar verib. Klubla müqaviləsi bitən futbolçular da artıq komanda ilə əlaqəsini kəsib.
Qeyd edək ki, bu mövsüm 3-cü pilləni tutan "Aktobe" Avropa Liqasında iştirak etmək hüququ qazanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























