• $
  • €
  • ₽
  • ₺
  • £

3 klubumuz Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək

3 klubumuz Çempionlar Liqasında növbəti oyunlarını keçirəcək
11.11.2015 11:06
 Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv", "Azərreyl" və "Telekom" klubları bu gün Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər.

 "Report"un məlumatına görə, bu komandalardan ikisi bir-birinə qarşı mübarizə aparacaq.

A qrupunda keçiriləcək görüşdə "Lokomotiv" "Azərreyl"lə münasibətlərinə aydınlıq gətirəcək. Voleybol Mərkəzində baş tutacaq qarşılaşmada "Lokomotiv" nominal meydan sahibi qismində çıxış edəcək. "Lokomotiv" qrupun ilk görüşündə səfərdə Rusiyanın "Dinamo" (Kazan) komandasına 1:3 hesabı  ilə məğlub olubsa, "Azərreyl" Bakıda "Ştutqart"a 3:0 hesabı ilə qalib gəlib. İndi qrupun digər oyununda "Ştutqart" "Dinamo"nu qəbul edəcək. İlk görüşlərdən sonra "Azərreyl" "Dinamo" ilə hərəyə 3 xalla ilk iki pilləni bölüşür. "Lokomotiv" və "Ştutqart"ın aktivində isə xal yoxdur.

E qrupunda mübarizə aparan "Telekom" Türkiyədə "Fənərbağça"nın qonağı olacaq. Bakı təmsilçisi ilk görüşdə doğma azarkeşlər önündə Polşanın "İmpel" klubuna məğlub olub - 0:3. İndi "İmpel" öz meydanında Almaniya "Drezdner"ini qəbul edəcək. Qrupda "Fənərbağça" və "İmpel" hərəyə 3 xalla liderdir. "Telekom" və "Drezdner"in aktivində xal yoxdur.
Qeyd edək ki, qruplarda III turun oyunları 24 - 26 noyabrda keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol