Levandovski ilə Robben arasında münaqişə

Hadisə məşq zamanı yaşanıb
Almaniyanın "Bavariya" klubunun futbolçuları Aryen Robbenlə Robert Levandovski arasında münaqişə baş verib. "Report"un məlumatına görə, insident məşq zamanı yaşanıb.
Levandovski Robbenə qışqıraraq, onu eqoist adlandırıb. Məşqdən sonra polşalı hücumçu hadisəni şərh etmək istəməyib. O, "hər şeyi özünüz gördünüz" - deyib.
"Bavariya"nın idman direktoru Matias Zammer isə bunları deyib: "Oyunçu hərdən əsəbiləşirsə, burada heç bir problem yoxdur. Özüm karyeram ərzində neçə dəfə belə situasiya ilə üzləşmişəm".
Qeyd edək ki, Robert Levandovski bu mövsüm Almaniya Bundesliqasında 14, Çempionlar Liqasında 4 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























