• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan futbolu tarixində ilk dəfə

Azərbaycan futbolu tarixində ilk dəfə
12.11.2015 16:23
Bizim arbitr Avropa kubokunun qrup mərhələsinə hakimlik edəcək.

FİFA-nın 28 yaşlı referi Əliyar Ağayev Azərbaycan futbolu tarixində ilk dəfə Avropa kubokunun qrup mərhələsinin matçında hakimlik edəcək.

Oxu.Az apasport-a istinadən xəbər verir ki, bu məlumatı AFFA-nın Hakimlər komitəsinin sədri Xəqani Məmmədov təsdiq edib.

O qeyd edib ki, Ağayevin təyinatının hara – Çempionlar Liqası və ya Avropa Liqasının matçına olacağı hələlik məlum deyil.

"Bəli, bu, həqiqətdir, bu, bizi sevindirdi. Düzünü desəm biz bunu gözləyirdik, bunun tez, ya gec baş verəcəyini bilirdik. Çünki UEFA-nın Hakimlər komitəsinin baş komissarı Pyerludci Kollin Ukraynada Əliyarı nümunə kimi göstərib.

Qrup mərhələsinin matçlarına UEFA-nın perspektivli hesab etdiyi və əvvəlki oyunlarda yüksək qiymət almış gənc arbitrları təyin edirlər. Əliyar 8,9 və ya 10 dekabrda keçiriləcək beynəlxalq görüşə təyinat alacaq. Adətən UEFA hakim təyinatı barədə matça 3-4 gün qalmış bildirir.

Bu, bizim son illərdə apardığımız məqsədyönlü işin nəticəsidir. Biz məhz buna can atırdıq. Son illərdə Azərbaycan arbitrlərinin iri turnirlərin oyunlarına təyinat almadıqları barədə çox danışılırdı. Bu da onlara ən gözəl cavab oldu.

Ümid edirik ki, Əliyar bu oyunu uğurla başa vuracaq və birinci kateqoriyaya keçməyə şans qazanacaq.

Eləcə də qeyd edim ki, UEFA ikinci kateqoriyadan olan arbitrlərdən qrup mərhələsinin oyunlarında hakimlik etmək imkanını ən perspektivli hakimlərə verir. Mən bunu ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan hakimliyinin tarixində böyük qələbə adlandırardım”- Xəqani Məmmədov deyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol