• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula-1" yarışlarına biletlərin satış tarixi açıqlandı

"Formula-1" yarışlarına biletlərin satış tarixi açıqlandı
13.11.2015 12:30
Ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.

2016-cı ildə Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula 1 Avropa Qran Prisi üçün biletlərin satışı bu ilin sonlarına planlaşdırılıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Halqasından bildiriblər.

Məlumatda qeyd olunub ki, Beynəlxalq Avtomobil Federasiyası bir qayda olaraq məhz dekabr ayında Formula-1 yarışının yekun təqvimini ictimaiyyətə təqdim edir.

Müvafiq olaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarış günləri təsdiqləndiyi zaman F1 həvəskarlarını bilet satışı ilə sevindirə biləcək.

Bakı Şəhər Halqasında yarışları izləmək üçün seçim imkanı verən müxtəlif tribunaların quraşdırılması nəzərdə tutulub. 20 000-ə yaxın oturacaqlı tribunalardan əlavə, yarışı ayaqüstü izləməyə imkan verən ərazilər də daxil olmaqla, ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək. 

İstər yarışların START və FINISH zonasını əhatə edəcək tribunalar, istərsə də təhlükəli döngələr üzrə ecazkar görüntü təmin edən digər tribunalar şəhər treki boyu yarışdan həftələr öncə hazır olacaq. 

Bakı Şəhər Halqasından bildirilib ki, bütün tribunaları özündə ətraflı əks etdirən xüsusi xəritə, eləcə də məkanlar üzrə məlumat və bilet satışı dekabr ayında Bakı Şəhər Halqasının rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, uzunluğu 6 kilometrdən artıq olan "Bakı trası” uzunluğuna görə dünyada ikincidir. Bulvar ətrafında bolidlər saatda 340 kilometr sürəti yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək.

Xatırladaq ki, Bakı 2016-cı ilin 19 iyun tarixində bu yarışa ev sahibliyi edəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol