"Millidə oynamağı səbirsizliklə gözləyirəm" – Pavel Paşayev

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev noyabrın 17-də Moldova ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Paşayev Moldova ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib:
"Yoldaşlıq matçı olmasına baxmayaraq, bu görüşdə qələbəyə oynayacağıq. Qarşıdakı matça ciddi hazırlaşırıq. Yaxşı futbol göstərməyə çalışacağıq".
- Hələ ki, yığmamızın heyətində rəsmi görüşə çıxmamısan...
- Yox. Hələ ki, milli komandada oynaya bilməmişəm. Azərbayan yığmasında oynamağı səbirsizliklə gözləyirəm.
- Çıxış etdiyin "Metallurq" (Ukrayna) klubunda mütəmadi olaraq oynamırsan. Bu, yığmadakı çıxışına çətinlik yaratmayacaq ki?
- Xeyr. Bunun hər hansı çətinlik yaradacağını düşünmürəm.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























