Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb

Buna güclü külək səbəb olub
Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı ilk məşqi yarımçıq qalıb. "Report"un məlumatına görə, buna güclü külək səbəb olub.
Qonaqların məşqi bir saatdan da az davam edib. Nəticədə komanda məskunlaşdığı hotelə qayıtmağa məcbur olub.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova qarşılaşması saat 21:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























